​KİV: Sabah Yəməndə atəşkəs elan olunacaq

​KİV: Sabah Yəməndə atəşkəs elan olunacaq İsmayıl Şeyx Əhməd yaxın 48 saatda "humanitar yardım" aksiyasının bütün detallarını dəqiqləşdirəcək
Digər ölkələr
7 İyul , 2015 14:02
​KİV: Sabah Yəməndə atəşkəs elan olunacaq

Bakı. 7 iyul. REPORT.AZ/ Yəməndə münaqişə edən tərəflər, eləcə də Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri 5 günlüyünə atəşkəs elan olunması haqda razılığa gəliblər. "Report" TASS-a istinadən xəbər verir ki, bu haqda "Elaph" saytı məlumat yayıb.

Xəbərə görə, hətta sonradan atəşkəsin müddəti uzadıla da bilər. Məlumatda bildirilir ki, bu tədbirin başlamasının iyulun 8-də elan olunacağı gözlənilir. "Humanitar barış" adı altında tətbiq ediləcək atəşkəsin Ramazan Bayramına, yəni iyulun 17-dək davam etməsi nəzərdə tutulub.

Həmçinin qeyd olunub ki, BMT baş katibinin xüsusi nümayəndəsi İsmayıl Şeyx Əhməd yaxın 48 saatda "humanitar yardım" aksiyasının bütün detallarını dəqiqləşdirəcək.  

Son xəbərlər

Orphus sistemi