Yuxarı
    Bağlamaq

    ​KİV: "Rusiyanın bombardmanı nəticəsində Suriyada 25 dinc sakin ölüb, 10 TIR yanıb"

    Mustafa Əbu Raşid: Son günlər ruslar Hələbin şimalında PYD və İŞİD-ə havadan açıq-aşkar dəstək verir

    Bakı. 3 dekabr. REPORT.AZ/ Rusiyaya aid döyüş təyyarələrin Suriyanın Hələb şəhərinin şimal hissəsində yerləşən iki yaşayış məntəqəsini bombalamsı nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 25 dinc sakin həlak olub, humanitar yardım daşıyan 10 TIR yanıb.

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda yerli mülki özünümüdafiə qüvvələri məlumat yayıb.

    Məlumata görə, Rusiya təyyarələri Hələbin İhris və Kafr Nasih yaşayış məntəqələrini bombalayıb. Hər iki yaşayış məntəqəsi Bəşşar Əsəd rejiminə müxalif olan qüvvələrin və İŞİD-ə qarşı savaşan özünümüdafiə birliklərinin nəzarəti altındadır.

    Məlumata əsasən, bombardman nəticəsində çoxlu sayda insan yaralanıb. Onlar Suriyanın Azez və Tel Rıfat rayonlarındakı səhra xəstəxanalarına yerləşdiriliblər, ağır yaralılar isə Türkiyəyə aparılıb.

    Yerli Əlaqələndirmə Komitəsinin təmsilçisi Mustafa Əbu Raşid isə baş verənlərlə bağlı deyib: "Son günlər ruslar Hələbin şimalında "PYD" (terrorçu PKK-nın Suriyadakı qolu - "Report") və İŞİD-ə havadan açıq-aşkar dəstək verir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi