KİV: "İsrail BƏƏ-də ilk diplomatik missiyasını açır"

KİV: "İsrail BƏƏ-də ilk diplomatik missiyasını açır" Diplomatik missiyanın rəsmi açılışı üçün işlər son mərhələdədir
Digər ölkələr
27 Noyabr , 2015 17:05
KİV: İsrail BƏƏ-də ilk diplomatik missiyasını açır

Bakı. 27 noyabr. REPORT.AZ/ İsrail Birləşmiş Ərəb Əmirliklərində ilk diplomatik missiyasını açır.

"Report" xəbər verir ki, bu barədə "Haaretz" agentliyi adının bilinməsini istəməyən yüksək vəzifəli israilli məmura istinadən xəbər yazır. 

Xəbərdə bildirilib ki, diplomatik missiya Bərpaolunan Enerji Mənbələri üzrə Beynəlxalq Agentliyin (IRENA) nəzdində akkreditasiya olunacaq. Məmur qeyd edib ki, diplomatik missiyanın rəsmi açılışı üçün işlər son mərhələdədir.

Missiyaya diplomat Rami Xatanın rəhbərlik edəcəyi gözlənilir. 

Qeyd edək ki, İsrail səfirliyi ərəb ölkələrindən Misir və İordaniyada fəaliyyət göstərir. İsrail və BƏƏ arasındakı münasibətlər "Mossad" əməkdaşlarının 2010-cu il yanvarın 19-da Dubayda HƏMAS-ın hərbi qanadının rəhbəri Mahmud əl-Məbhuhun öldürülməsindən sonra pisləşib. Bundan sonra BƏƏ yəhudi olmaqda şübhəli bilinən bütün vətəndaşların ölkəyə girişini qadağan edib. 

Son xəbərlər

Orphus sistemi