KİV: Fransa Suriyanın Mənbic şəhərinə 50 hərbçi göndərib

Digər ölkələr
  • 02 aprel, 2018
  • 06:14
KİV: Fransa Suriyanın Mənbic şəhərinə 50 hərbçi göndərib
AP Photo

Bakı. 2 aprel. REPORT.AZ/ Fransa Suriyanın Mənbic şəhərinə 50 zabit göndərib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Yeni Şafak" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, fransalı hərbçilər adıçəkilən şəhərə martın 30-da dörd təyyarə ilə gediblər. Həmçinin qeyd olunur ki, zabitlər Mənbicə həm Suriyadakı müxtəlif bazalardan, həm də xaricdən göndərilə bilər.

Bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb.