Keniyada silahlıların hücumu nəticəsində 3 amerikalı həlak olub

Keniyada silahlıların hücumu nəticəsində 3 amerikalı həlak olub Keniyada “Əl-Şabab” qruplaşması silahlılarının ölkənin hərbi bazasına hücumu nəticəsində ABŞ-ın 1 hərbçisi və müqavilə ilə xidmət edən 2 amerikalı həlak olub.
Digər ölkələr
6 Yanvar , 2020 00:29
Keniyada silahlıların hücumu nəticəsində 3 amerikalı həlak olub

Keniyada “Əl-Şabab” qruplaşması silahlılarının ölkənin hərbi bazasına hücumu nəticəsində ABŞ-ın 1 hərbçisi və müqavilə ilə xidmət edən 2 amerikalı həlak olub.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, hücum Keniya silahlı qüvvələrinin Menda-bey aerodromu ərazisindəki hərbi bazasına edilib. Bu zaman ABŞ-ın hərbi qulluqçuları həlak olub.

Atıcı silahlarla baza ərazisinə soxulan qruplaşma üzvləri 6 helikopterə zərər vurublar. Ölkə və ABŞ hərbçiləri birlikdə hücumun qarşısını ala biliblər. Silahlıların itkisi barədə məlumat verilmir.

“Əl-Şabab” qruplaşması “Əl-Qaidə” terror qruplaşmasına daxildir.

Son xəbərlər

Orphus sistemi