Keniyada məktəbə hücum edilib: 6 ölü, 18 yaralı

Digər ölkələr
  • 15 oktyabr, 2017
  • 04:54
Keniyada məktəbə hücum edilib: 6 ölü, 18 yaralı

Bakı. 15 oktyabr. REPORT.AZ/ Keniyada məktəbə hücum edilib.

"Report" xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə ölkənin şimal-qərbindəki Lokiçodjioda baş verib. Hücum zamanı 5 şagird və 1 mühafizəçi öldürülüb.

Agentliyin xəbərinə görə, hücum əvvəllər məktəbin şagirdi olmuş və intizamı pozmuş yeniyetmələrdən biri tərəfindən həyata keçirilib. Qeyd edilir ki, hadisə zamanı daha 18 nəfər yaralanıb.