Fransa müstəmləkəçilik və neomüstəmləkəçilik siyasətini davam etdirməklə Afrikada insan hüquqlarını pozur.
“Report” xəbər verir ki, bunu tanınmış fəal, Fransa neokolonializminin əsas tənqidçilərindən biri olan Kemi Seba Azərbaycanın mətbuat nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, Fransa oliqarxiyasının azğınlığı ilə mübarizədə dəstək tapmaq və əməkdaşlıq qurmaq məqsədilə Azərbaycana gəlib.
“Fransa qondarma Dağlıq Qarabağ məsələsində Azərbaycana humanizm dərsi keçməyə çalışır, özü isə Afrika ölkələrində qeyri-insani müstəmləkəçilik siyasətini davam etdirir. Mən şəxsən onun Afrika xalqlarına necə təzyiq göstərdiyinin şahidi olmuşam. Jurnalist kimi bu təzyiqlərə qarşı durmağa çalışdım və müstəmləkəçiliklə mübarizə aparmağa başladım. Fransa öz qoşunlarından istifadə edərək başqa ölkələri boyunduruq altında saxladığı bir vaxtda suverenlikdən danışmaq olmaz. Fransa mahiyyət etibarilə irqçi və müstəmləkəçilik siyasəti yürüdən ölkədir. Biz mübarizəmizi davam etdirməliyik. Afrika xalqlarının birliyi bizim üçün prioritet olaraq qalır”, - K.Seba vurğulayıb.