ABŞ-ın paytaxtı Vaşinqtonda, Kapitoli qarşısında avtomobilini nəzarət-buraxılış məntəqəsinə çırpan sürücü ölüb.
“Report” xəbər verir ki, bu barədə MSNBC telekanalı məlumat yayıb.
Hadisə zamanı xəsarət almış polis əməkdaşları xəstəxanaya yerləşdirilib. Onlardan biri xəstəxanada ölüb.
ABŞ-da naməlum şəxs avtomobilini Kapitolinin nəzarət-buraxılış məntəqəsinə çırpıb.
“Report” ABŞ mətbuatına istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.
Məlumata görə, hadisə zamanı iki zabit və hadisəni törədən sürücü xəsarət alıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Yerli televiziya isə bir nəfərin güllələndiyini bildirib.
"Şübhəli şəxs həbs edilib. İki zabit xəsarət alıb. Hər üç şəxs xəstəxanaya çatdırılıb", - deyə Kapitoli polisi özünün tvitterdəki səhifəsində bildirib.
“Reuters” agentliyi isə mənbəyə istinadən qeyd edib ki, Kapitolinin giriş-çıxışı təhlükəsizlik tədbirləri səbəbindən bağlanıb.
Öz növbəsində
Əraziyə polis əməkdaşları cəlb edilib.