Kanada və Danimarka Arktikada mübahisəli ada ilə bağlı razılığa gəliblər

Kanada və Danimarka Arktikada mübahisəli ada ilə bağlı razılığa gəliblər Kanadanın şimal məsələləri naziri Daniel Vandal iki ölkə arasında 50 ilə yaxındır davam edən beynəlxalq problemin razılaşma ilə həll edildiyini açıqlayıb.
Digər ölkələr
15 İyun , 2022 08:54
Kanada və Danimarka Arktikada mübahisəli ada ilə bağlı razılığa gəliblər

Kanadanın şimal məsələləri naziri Daniel Vandal iki ölkə arasında 50 ilə yaxındır davam edən beynəlxalq problemin razılaşma ilə həll edildiyini açıqlayıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, Kanada hökuməti Arktikadakı Hans adası ilə bağlı sazişi təsdiq edən sərəncam verib.

"Danışıqlar uzun müddət idi, davam edirdi. Əsas odur ki, sövdələşmə əldə olunub", - nazir deyib.

Qrenlandiyanın şimal-qərbindəki 1,3 kvadrat kilometrlik qaya adası hər iki ölkənin ərazi sularına daxil olduğu üçün onilliklər ərzində diplomatik mübahisələrə səbəb olub.

Hans adasının hər iki ölkədən 18 kilometr aralıda olması beynəlxalq hüquq çərçivəsində adaya iddialı olmağa imkan verir.

Ada ilə bağlı mübahisə 1973-cü ildə Kanada və Danimarkanın Nares boğazı su yolu üzərində sərhəd yaratmağa çalışdığı vaxta təsadüf edir.

Kanada hökuməti 1984-cü ildə adaya bayraq sancıb və bir şüşə Kanada viskisi qoyub. Günün sonunda Danimarkanın Qrenlandiya işləri üzrə naziri helikopterlə adaya gələrək öz ölkəsinin bayrağını sancıb. O, bayraq dirəyinin altına yerli istehsal olan içki və “Danimarka adasına xoş gəlmisiniz” nişanı qoyub.

Ekspertlər razılaşmanı Rusiyanın Ukraynaya hücumuna qarşı vahid cəbhə nümayiş etdirmək üçün simvolik addım kimi qiymətləndirirlər.

Müqavilə ilə həm də ilk dəfə Kanadanın Danimarka ilə quru sərhədi bölüşdürüləcək.

Son xəbərlər

Orphus sistemi