​Kanada məktəblərindən birində atışma olub, ölənlər var

​Kanada məktəblərindən birində atışma olub, ölənlər var İnsident nəticəsində ən azı 2 nəfərin öldüyü bildirilir
Digər ölkələr
23 Yanvar , 2016 02:43
​Kanada məktəblərindən birində atışma olub, ölənlər var

Bakı. 23 yanvar. REPORT.AZ/ Kanadanın Saskaçevan əyalətinin La Loş şəhər məktəbində atışma baş verib.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Saskatoon StarPhoenix" nəşri yazıb.

Asayiş keşikçilərinin məlumatına görə, atışma nəticəsində ən azı iki nəfər həyatını itirib.

Yerli tibb müəssisələrindən birinin əməkdaşı CBC telekanalına xəstəxanaya odlu silah yarası almış bir neçə şəxsin daxil olması faktını təsdiq edib. Yaralıların dəqiq sayı açıqlanmır.

Məktəbin "Facebook" səhifəsində hazırda binada fövqəladə vəziyyətin elan edildiyi yazılıb.

"CTV Saskatoon"un məlumatına görə, faktla bağlı üzərində tapança olan oğlan saxlanılıb.

Son xəbərlər

Orphus sistemi