Kamerunda terrorçu qadın hərbi düşərgəyə hücum edib: ölənlər və yaralanan var

Kamerunda terrorçu qadın hərbi düşərgəyə hücum edib: ölənlər və yaralanan var Hücum zamanı Kamerunun üç əsgəri həlak olub, daha bir əsgər isə yaralanıb
Digər ölkələr
11 İyun , 2017 08:13
Kamerunda terrorçu qadın hərbi düşərgəyə hücum edib: ölənlər və yaralanan var
Courtesy İmage

Bakı. 11 iyun. REPORT.AZ/ Kamerunda terrorçu qadın hərbi düşərgəyə hücum edib.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, hadisə Kolofat şəhərində, Nigeriya ilə sərhəddə baş verib.

Hücum zamanı Kamerunun üç əsgəri həlak olub, daha bir əsgər isə yaralanıb. Gənc yaşlı kamikadzenin terrorçu "Boko Haram" qruplaşmasının üzvü olduğu ehtimal edilir. O, hadisə yerində ölüb.

Son xəbərlər

Orphus sistemi