Kameron Rusiyadan Britaniya vətəndaşının azad olunmasını tələb edib

Kameron Rusiyadan Britaniya vətəndaşının azad olunmasını tələb edib Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron Britaniya vətəndaşı olan Vladimir Kara-Murzanın Rusiya tərəfindən əsassız həbs edildiyini vurğulayaraq rəsmi Moskvadan onun dərhal azadlığa buraxılmasını tələb edib.
Digər ölkələr
14 May , 2024 18:30
Kameron Rusiyadan Britaniya vətəndaşının azad olunmasını tələb edib

Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron Britaniya vətəndaşı olan Vladimir Kara-Murzanın Rusiya tərəfindən əsassız həbs edildiyini vurğulayaraq rəsmi Moskvadan onun dərhal azadlığa buraxılmasını tələb edib.

"Report" xəbər verir ki, bu barədə o, "X"də yazıb.

"Rusiyanın Vladimir Kara-Murzanın hökmündən verilən apellyasiya şikayətini rədd etməsi rəzalətdir. Britaniya vətəndaşı olan Vladimir heç bir cinayət törətməyib. O, siyasi məhbusdur, Rusiya tərəfindən müharibə əleyhinə çıxış etdiyinə görə saxlanılıb və dərhal azad edilməlidir",- Baş nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi