Kabulda keçirilən parlament seçkilərinin nəticələri ləğv edilib

Kabulda keçirilən parlament seçkilərinin nəticələri ləğv edilib Bakı. 6 dekabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabulda keçirilən parlament seçkilərinin nəticələri ləğv edilib.
Digər ölkələr
6 Dekabr , 2018 11:06
Kabulda keçirilən parlament seçkilərinin nəticələri ləğv edilib
Ria

Bakı. 6 dekabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabulda keçirilən parlament seçkilərinin nəticələri ləğv edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Mərkəzi Seçki Komissiyasının qərarında bildirilib.

Qərarda qeyd edilib ki, səsvermə günü çoxsaylı qanun pozuntularının aşkarlanması bu qərarın qəbul edilməsinə səbəb olub. İnformasiyaya əsasən, qaydaların pozulmasına dair seçki komissiyasında 2767 şikayət qeydə alınıb.

Əfqanıstanda parlamentin Xalq Palatasına (Aşağı Palata) seçkilər bu il oktyabrın 20-21-də keçirilib.

Xatırladaq ki, Əfqanıstanın hökumət rəsmiləri ilə “Taliban” hərəkatının təmsilçiləri Səudiyyə Ərəbistanında qarşıdan gələn parlament seçkilərində təhlükəsizlik məsələlərini müzakirə etmişdilər. Ehtimal olunur ki, Kabul üzrə seçkilərin nəticələrinin ləğvi “Taliban”la razılaşma üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi