Əfqanıstanın hökumət rəsmiləri ilə “Taliban” arasında görüş olub

Əfqanıstanın hökumət rəsmiləri ilə “Taliban” arasında görüş olub Bakı. 28 sentyabr. REPORT.AZ/ Əfqanıstanın hökumət rəsmiləri ilə “Taliban” hərəkatının təmsilçiləri Səudiyyə Ərəbistanında görüşüblər.
Digər ölkələr
28 Sentyabr , 2018 14:08
Əfqanıstanın hökumət rəsmiləri ilə “Taliban” arasında görüş olub
0 : 00
0 : 00

Bakı. 28 sentyabr. REPORT.AZ/ Əfqanıstanın hökumət rəsmiləri ilə “Taliban” hərəkatının təmsilçiləri Səudiyyə Ərəbistanında görüşüblər.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə “Taliban” hərəkatından bildirilib.

Məlumata görə, görüş bu həftə baş tutub.

Hökumət nümayəndələri ilə radikal hərəkatın təmsilçiləri qarşıdan gələn parlament seçkilərində təhlükəsizlik məsələlərini müzakirə ediblər.

“Onlar (hakimiyyət təmsilçiləri nəzərdə tutulur - “Report”) bizdən seçkilərin dinc şəraitdə keçməsi üçün yardım istədilər. Əfqanıstandan olan nümayəndə heyəti məhbusları (“Taliban” üzvləri nəzərdə tutulur – “Report” ) azad edəcəklərinə razılıq verdilər. Mühakimə olunmuş bəzi məhbuslar artıq sərbəst buraxılıb”, - hərəkatın təmsilçisi bildirib.

Tərəflər gələcəkdə məhbusları sərbəst buraxmaq üçün törətdikləri cinayətdən asılı olaraq onları üç qrupa bölüblər.

Qeyd edək ki, Əfqanıstanda parlament seçkiləri bu il oktyabrın 20-də keçiriləcək. Ölkədə sonuncu dəfə bu siyasi kampaniya 2010-cu ildə baş tutub.

Əfqanıstanın Müstəqil Seçki Komissiyası prezident seçkilərinin isə 2019-cu il aprelin 20-də keçiriləcəyini elan etmişdi.

Xatırladaq ki, Əfqanıstanın Baş naziri Abdullah Abdullah BMT Baş Assambleyasındakı çıxışında “Taliban” hərəkatı ilə danışıqlara hazır olduqlarını bildirmişdi. 

Son xəbərlər

Orphus sistemi