Əfqanıstanda parlament seçkiləri keçirilir

Əfqanıstanda parlament seçkiləri keçirilir Bakı. 20 oktyabr. REPORT.AZ/ Əfqanıstan parlamentinin Aşağı Palatasına seçkilər keçirilir.
Digər ölkələr
20 Oktyabr , 2018 11:41
Əfqanıstanda parlament seçkiləri keçirilir
РИА Новости

Bakı. 20 oktyabr. REPORT.AZ/ Əfqanıstan parlamentinin Aşağı Palatasına seçkilər keçirilir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, səsvermə ölkənin 34 əyalətindən 32-də aparılır.

Bu il Əfqanıstan parlamentinin Aşağı Palatasına deputat mandatı uğrunda 5 000-dən çox namizəd mübarizə aparır, onlardan 10%-dən azı (205 namizəd) 26 siyasi partiyanı təmsil edir, digərləri isə müstəqil namizəd kimi qeydə alınıb.

Qeyd edək ki, Əfqanıstanda prezident seçkiləri 2019-cu ilin aprel ayında keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi