Yuxarı

Əfqanıstanda prezident seçkiləri 2019-cu ilin aprel ayında keçiriləcək

Əfqanıstanda prezident seçkiləri 2019-cu ilin aprel ayında keçiriləcək
© UN

Bakı. 31 iyul. REPORT.AZ/ Əfqanıstanda Müstəqil Seçki Komissiyası prezident seçkilərinin 2019-cu il aprelin 20-də keçiriləcəyini elan edib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Əfqanıstanda parlament seçkiləri isə bu ilin oktyabr ayında keçiriləcək. Apreldə prezident Əşrəf Qəni parlament və yerli seçkilərdə iştirak etmək üçün vətəndaşların qeydiyyatının aparılmasının başlandığını elan edib.

Qeyd edək ki, Əfqanıstanda prezident ümumxalq, gizli və birbaşa səsvermə əsasında 5 il müddətinə seçilir. Prezident ikinci müddət üçün də seçilə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi