Kabildə törədilən terror aktı nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb
Digər ölkələr
- 28 yanvar, 2018
- 10:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 yanvar. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabilin mərkəzində törədilən terror aktı nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "1 TV" telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, hadisə zamanı yaralananların sayı 235 nəfərdir. Daha əvvəl terror aktı zamanı 95 nəfərin öldürüldüyü, 191 nəfərin xəsarət aldığı bildirilirdi.
Hadisə Əfqanıstan Daxili İşlər Nazirliyinin keçmiş binasının yaxınlığında, diplomatik binaların olduğu ərazidə qeydə alınıb.
İçərisində terrorçunun olduğu minalanmış avtomobil partlayıb, nəticədə ətrafdakı binalara ziyan dəyib. Hadisəyə görə məsuliyyəti "Taliban" radikal hərəkatı üzərinə götürüb.
Son xəbərlər
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr
04:57
Rubio: Vens prezident seçkilərində iştirak etsə, onu dəstəkləyəcəyəm
Digər ölkələr
04:07
Foto
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Region
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region