Bakı. 23 mart. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə bu gün yüzlərlə insan qadının döyülərək öldürülməsinə etiraz olaraq nümayiş keçirib.
"Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları məsələ ilə bağlı ədalətli istintaq aparılmasını tələb ediblər.
Qeyd edək ki, Quranı yandırmaqda günahlandırılan 27 yaşlı Farkhundanı martın 19-da əsasən gənclərdən ibarət kütlə tərəfindən öldürüb. Onlar məsçidin ətrafında qadını döyərək öldürüb, sonra isə meyitini yandıraraq, çaya atıblar.
Bu qətllə bağlı 13 nəfər həbs olunub. Həmçinin baş verənlərə müdaxilə etmədiyinə görə 13 polis nəfəri saxlanıb.
Prezident Ashraf Ghani bu qətli pisləyib və hərtərəfli istintaq aparılmasına dair göstəriş verib.