Kabildə partlayış törədilib: ölən və yaralananlar var

Kabildə partlayış törədilib: ölən və yaralananlar var Minalanmış avtomobili əfqan hərbçilərini müşayiət edən mühafizə dəstəsinə çırpmağa cəhd göstəriblər
Digər ölkələr
10 Avqust , 2017 07:08
Kabildə partlayış törədilib: ölən və yaralananlar var

Bakı. 10 avqust. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabil şəhərinin Binihisar rayonunda partlayış törədilib.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

"Minalanmış avtomobili əfqan hərbçilərini müşayiət edən mühafizə dəstəsinə çırpmağa cəhd göstəriblər. Lakin buna müvəffəq olmayıblar – avtomobil lazım olan vaxtdan əvvəl partlayıb", – deyə təhlükəsizlik xidmətindəki mənbə bildirib.

Kamikadze hadisə yerində ölüb, yoldan ötən daha 3 nəfər xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi