Kabildə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb - YENİLƏNİB-2

Kabildə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb - YENİLƏNİB-2 Ölənlərin 8-i polis işçisidir
Digər ölkələr
16 Noyabr , 2017 14:55
Kabildə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb - YENİLƏNİB-2

Bakı. 16 noyabr. REPORT.AZ/ Kabildə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Bu barədə "Report" "TOLO News"ə istinadən xəbər verir.

Ölənlərin 8-i polis işçisidir.


*** 14:26

Bakı. 16 noyabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Bu barədə "Report" Əfqanıstan KİV-lərinə istinadən xəbər verir.

Ölənlərin 5-i polis işçisidir.

***14:11

Bakı. 16 noyabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə restoranların birində partlayış baş verib.

"Report" "TOLO News"a istinadən xəbər verir ki, partlayış restoranın bayır hissəsində törədilib. 

Həmin vaxt ərazidə Əfqanıstan Prezidenti Əşrəf Qəninin keçmiş müşaviri Ziya Məsudun iştirakı ilə Tacikistan İslam Partiyasının üzvlərinin görüşü keçirilirmiş.

Məlumatda 2 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bidirilir. 

Hadisə şahidlərinin sözlərinə görə, partlayış nəticəsində 3 avtomobil yararsız hala düşüb. Hadisə yerinə təcili yardım maşınları cəlb edilib. Təhlükəsizlik qüvvələri restoranı əhatəyə alıb.

Son xəbərlər

Orphus sistemi