Jozep Borrell: Aİ-nin Qırmızı dənizdəki missiyası iki ay ərzində 11 hücum dəf edib

Jozep Borrell: Aİ-nin Qırmızı dənizdəki missiyası iki ay ərzində 11 hücum dəf edib Fevralın 19-da başlayan “Aspides” adlı Qırmızı dənizdə gəmiləri qorumaq üçün fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) missiyasının üzvləri 68 gəmini müşayiət edib.
Digər ölkələr
8 Aprel , 2024 15:02
Jozep Borrell: Aİ-nin Qırmızı dənizdəki missiyası iki ay ərzində 11 hücum dəf edib

Qırmızı dənizdə gəmiləri qorumaq üçün fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) fevralın 19-da yaradılan “Aspides” adlı missiyasının üzvləri 68 gəmini müşayiət edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrell Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

“Əməliyyatın başlanmasından iki aydan az müddətdə 68 gəmi müşayiət olunub və 11 hücum dəf edilib”, - o deyib.

J.Borrell ticarətin təhlükə altında olduğunu və daşıma qiymətlərinin artdığını vurğulayıb: “Məsələn, bir konteynerin Çindən Avropaya daşınmasının qiyməti iki dəfə artıb”.

O, həmçinin qeyd edib ki, Aİ missiyası sırf müdafiə xarakteri daşıyır və husilərə qarşı heç bir əməliyyat keçirmir.

Son xəbərlər

Orphus sistemi