Joze Qratsiano yenidən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına rəhbər seçilib

Joze Qratsiano yenidən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına rəhbər seçilib Təşkilata üzv olan 182 ölkə nümayəndəsindən 177-si Qratsianonun lehinə səs verib
Digər ölkələr
6 İyun , 2015 21:13
Joze Qratsiano yenidən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına rəhbər seçilib

Bakı. 6 İyun. REPORT.AZ/ Romada keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 39-cu konfransında Joze Qratsiano növbəti müddətə bu qurumun baş direktoru seçilib.

"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, təşkilata üzv olan 182 ölkə nümayəndəsindən 177-si Braziliyalı J.Qratsianonun lehinə səs verib.

Qeyd edək ki, Joze Qratsiano FAO-nun baş direktoru vəzifəsinə ilk dəfə 2012-ci ildə seçilmişdi.

Son xəbərlər

Orphus sistemi