“Jeju Air”in rəhbəri: Təyyarədə qəzadan əvvəl nasazlıq olmayıb - YENİLƏNİB

“Jeju Air”in rəhbəri: Təyyarədə qəzadan əvvəl nasazlıq olmayıb - YENİLƏNİB Cənubi Koreyanın Muan şəhərində təyyarəyəsi qəzaya uğrayan “Jeju Air” aviaşirkəti bildirib ki, qəzaya uğrayan “Boeing 737-800” təyyarəsi 15 il ərzində qəzasız istismar edilib.
Digər ölkələr
29 Dekabr , 2024 12:08
“Jeju Air”in rəhbəri: Təyyarədə qəzadan əvvəl nasazlıq olmayıb - YENİLƏNİB

Cənubi Koreyanın “Jeju Air” şirkətinə məxsus “Boeing 737-800” təyyarəsinin uçuşdan əvvəlki yoxlanışı zamanı mütəxəssislər heç bir problem aşkar etməyiblər.

“Report” “Yonhap”a istinadən xəbər verir ki, bunu “Jeju Air” şirkətinin baş direktoru Kim İ Be bildirib.

"Təyyarədə nasazlıq əlamətləri yox idi", - o qeyd edib.

Onun sözlərinə görə, mütəxəssislər qara qutulardakı məlumatları, o cümlədən təyyarə kapitanı ilə dispetçerlər arasındakı əlaqəni təhlil etməlidirlər: "Dövlət orqanları hadisənin səbəbini araşdırma çərçivəsində müəyyən etməlidir”.

10:08

“Jeju Air” aviaşirkəti bildirib ki, Cənubi Koreyada qəzaya uğrayan “Boeing 737-800” təyyarəsi 15 il ərzində qəzasız istismar edilib.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

"Bu təyyarənin 15 il istismarda olub və əvvəllər heç bir qəza keçirməyib. Hazırda mümkün nasazlıqlar barədə məlumat dəqiqləşdirilir", - hadisənin dəqiq səbəblərini araşdıracağını vəd edən şirkətin bəyanatında bildirilib.

“Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub.

Son xəbərlər

Orphus sistemi