Jan-Klod Yunker: "Avropa İttifaqı beynəlxalq arenada müstəqil oyunçu olmalıdır"

Jan-Klod Yunker: "Avropa İttifaqı beynəlxalq arenada müstəqil oyunçu olmalıdır" Aİ-nin xarici siyasətinin müəyyən məsələləri ilə bağlı təkliflər hazırlanır
Digər ölkələr
12 Sentyabr , 2018 12:59
Jan-Klod Yunker: Avropa İttifaqı beynəlxalq arenada müstəqil oyunçu olmalıdır

Bakı. 12 sentyabr. REPORT.AZ/ "Avropa İttifaqının (Aİ) xarici siyasətinin müəyyən məsələləri ilə bağlı ixtisaslı çoxluğun qərarlar qəbul edə biləcəyi təkliflər hazırlayırıq".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) sədri Jan-Klod Yunker Strasburqda Avropa Parlamentində Avropa İttifaqının vəziyyəti ilə bağlı proqram çıxışı zamanı deyib.

O həmçinin qeyd edib ki, geosiyasi şərait nəzərə alınaraq, Aİ beynəlxalq arenada suveren, müstəqil oyunçu olmalıdır.

AK sədri  Avropa İttifaqının müdafiə siyasətinə də diqqət ayrılmasının zəruriliyini vurğulayıb: "Aİ hərbiləşdirməyi planlaşdırmır, sadəcə, bu sahədə daha çox müstəqilliyə nail olmaq istəyir".

Son xəbərlər

Orphus sistemi