İtaliya XİN başçısı Parisə səfərini ləğv edib
Digər ölkələr
- 04 may, 2023
- 15:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani Fransanın paytaxtı Parisə səfərini ləğv edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu qərar Fransanın daxili işlər naziri Jerald Darmanenanın İtaliya hökumətinin qeyri-qanuni miqrasiya probleminin öhdəsindən gələ bilməməsi ilə bağlı açıqlamasından sonra qəbul edilib.
Səfər çərçivəsində İtaliya XİN rəhbəri fransalı həmkarı Ketrin Kolonna ilə görüşməli idi.
“Nazir Kolonna ilə planlaşdırılan görüşüm üçün Parisə getməyəcəyəm. Nazir Jerald Darmanenanın İtaliyaya və ölkəmizin hökumətinə və qarşı səsləndirdiyi təhqirlər qəbuledilməzdir”, - A.Tayani tviterdə yazıb.
O əlavə edib ki, ümum-Avropa problemləri bu şəkildə həll edilməməlidir.
Son xəbərlər
13:52
Foto
DOST mərkəzlərində 5 milyonuncu vətəndaşa xidmət göstərilib
Sosial müdafiə
13:38
Paşinyan: Rusiya sərhədçiləri qarşıdakı illərdə Ermənistanı tərk edəcək
Region
13:35
"Beşiktaş" - "Qalatasaray" oyununun baş hakimi açıqlanıb
Futbol
13:34
Paşinyan: Yeni Konstitusiya layihəsini ekspertiza üçün Venesiya Komissiyasına göndərəcəyik
Region
13:30
Azərbaycan 5 Afrika ölkəsinə sürtkü yağları tədarük etməyə başlayıb
Energetika
13:29
Ermənistan Rusiyaya ixrac məhdudiyyətlərinə görə Avrasiya Məhkəməsinə müraciət edəcək
Region
13:22
Hans-Diter Flik Bakıdakı oyundan sonra UEFA Çempionlar Liqasının tarixinə düşüb
Futbol
13:21
Foto
Vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı iş adamları ilə görüş keçirilib
Biznes
13:21
Foto
Azərbaycan "China Datang Corporation Ltd." ilə "yaşıl enerji" üzrə əməkdaşlığı müzakirə edib
Energetika