İsveçrədə təyyarə və planer qəzaya uğrayıb, ölənlər var

İsveçrədə təyyarə və planer qəzaya uğrayıb, ölənlər var İsveçrənin Bivio kommunasında kiçik təyyarə və planer qəzası nəticəsində azı beş nəfər həlak odub.
Digər ölkələr
14 İyun , 2021 23:59
İsveçrədə təyyarə və planer qəzaya uğrayıb, ölənlər var

İsveçrənin Bivio kommunasında kiçik mühərrikli təyyarə və planer qəzası nəticəsində azı beş nəfər həlak odub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qraubyunden polisi məlumat yayıb.

Planer qəzası və pilotun həlak olması haqqında informasiya polisə şənbə günü daxil olub. Hadisə yerində xilasetmə işi əlverişsiz hava şəraiti ilə əlaqədar bazar günü başlayıb. Əməliyyatın gedişatında planerin düşdüyü yerdən 1 kilometr məsafədə qəzaya uğramış yüngül mühərrikli təyyarə də aşkar edilib. Qəza zamanı onun pilotu və üç sərnişin, həmçinin bir uşaq həlak olub.

Həlak olanların şəxsiyyəti müəyyənləşdirilir. Hüquq-mühafizə orqanları planer və təyyarənin qəzaya uğraması səbəblərinin müəyyənləşdirilməsi ilə məşğul olur. İki hadisənin bir-biri ilə əlaqədar olub-olmaması araşdırılır.

Son xəbərlər

Orphus sistemi