İsveçrədə atışma nəticəsində bir nəfər ölüb, beş insan yaralanıb - YENİLƏNİB
- 30 avqust, 2026
- 12:12
Bazar günü səhər İsveçrənin şimalındakı Arau kantonunda əyləncə mərasimində baş verən atışmada bir nəfər ölüb, daha beş nəfər yaralanıb.
Bu barədə "Report" yerli polisə və mediaya istinadən xəbər verir.
"Cinayətin mümkün motivləri və dəqiq başvermə şəraiti hələ məlum deyil", - polisin "X"dəki açıqlamasında bildirilir.
Kanton polisinin məlumatına görə, yaralıların bəzilərinin vəziyyəti ağırdır.
Polisin nümayəndəsi Paskal Vensel İsveçrənin SRF ictimai teleradioyayım şirkətinə bildirib ki, polisə atışma barədə məlumat yerli vaxtla saat 2:30 radələrində daxil olub.
SRF-in məlumatına görə, hadisə baş verən zaman Aarau şəhərinin Şaçen rayonundakı yarış meydançasında "Aarau Rave VOL. 7" tədbiri keçirilib. Yanğınsöndürmə idarəsi hadisə yerini mühasirəyə alıb.
Hazırda polis genişmiqyaslı əməliyyat keçirir. Yerli sakinlərə ərazidən uzaq durmaq tövsiyə edilib.
Polis həmçinin şahidləri hadisənin videogörüntüləri və ya fotoşəkillərini hüquq-mühafizə orqanlarına verməyə çağırıb.
İsveçrə polisi ölkənin şimalındakı Aarau şəhərində tədbirdə baş verən atışma ilə əlaqədar genişmiqyaslı əməliyyat keçirdiyini bildirib.
"Report"un məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarının "X"dəki açıqlamasında xəbər verilib.
"Tədbirdə çoxsaylı zərərçəkənlərlə nəticələnən atışma baş verib. Genişmiqyaslı polis əməliyyatı davam edir", - polisin açıqlamasında deyilir:.
Hadisənin təfərrüatları açıqlanmır.
İsveçrənin "Blick" portalının məlumatına görə, atışma gecə əyləncəsində baş verib.