İsveçrə mühafizəkarları Aİ ilə əlaqələrin gücləndirilməsinə qarşı çıxıblar

İsveçrə mühafizəkarları Aİ ilə əlaqələrin gücləndirilməsinə qarşı çıxıblar İsveçrə Xalq Partiyasından olan mühafizəkarlar federasiyanın Avropa İttifaqı (Aİ) ilə əlaqələrinin gücləndirilməsinə qarşı çıxıblar.
Digər ölkələr
10 Mart , 2024 17:37
İsveçrə mühafizəkarları Aİ ilə əlaqələrin gücləndirilməsinə qarşı çıxıblar

İsveçrə Xalq Partiyasından olan mühafizəkarlar federasiyanın Avropa İttifaqı (Aİ) ilə əlaqələrinin gücləndirilməsinə qarşı çıxıblar.

"Report"un xəbərinə görə, bu barədə "Blick" nəşri yazıb.

Belə ki, partiya ölkə hökumətinin Aİ ilə əlaqələrin qurulması üçün “yol xəritəsi”nin hazırlamasına cavab verib.

"İsveçrənin kimliyi və müstəqilliyi təhlükə altındadır. Gələcəkdə Aİ qanunları İsveçrədə avtomatik olaraq tətbiq olunacaq. Biz Brüsselə milyardlarla pul ödəməli olacağıq. İsveçrə əhalisinə isə heç nə deməyə icazə verilməyəcək", - İsveçrə Xalq Partiyasının sədri Marko Kyeza Bernin Brüssellə əlaqələrini gücləndirməyin nəticələrini təsvir edib.

Kyezanın fikrincə, Avropa İttifaqı ilə İsveçrə arasında mübahisələrin həlli üçün təklif olunan arbitraj mexanizmi ölkəni tarixi görünüşünü itirməkdən xilas etməyəcək.

Eyni zamanda, o, Aİ ölkələrindən, xüsusən İtaliyadan miqrant axını səbəbindən ölkədə maaşların azaldığını və yerli əhali arasında işsizliyin artdığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi