İsveçin NATO-ya hərbi inteqrasiyasının nə vaxt başa çatacağı məlum olub

Digər ölkələr
  • 27 mart, 2024
  • 01:36
İsveçin NATO-ya hərbi inteqrasiyasının nə vaxt başa çatacağı məlum olub

İsveçin NATO-ya rəsmi hərbi inteqrasiyası aprelin sonunda başa çatacaq.

“Report” xəbər verir ki, bu barədə NATO-nun Transformasiya Komandanlığı məlumat yayıb.

Sənəddə qeyd olunub ki, üzvlük transatlantik təhlükəsizliyi artıracaq və Şimali Avropada müdafiəni gücləndirəcək.

Xatırladaq ki, İsveç martın 7-də NATO-nun 32-ci üzvü kimi rəsmi status alıb.

44 filmi