İsraillə BƏƏ arasında münasibətlər normallaşır

İsraillə BƏƏ arasında münasibətlər normallaşır İsraillə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik münasibətlərintam yoluna qoyulmasıbarədə saziş imzalanıb.
Digər ölkələr
276
13 Avqust , 2020 20:13
İsraillə BƏƏ arasında münasibətlər normallaşır

İsraillə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik münasibətlərin tam yoluna qoyulması barədə saziş imzalanıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın vasitəçiliyilə bağlanmış sazişə görə İsrail ilhaq etdiyi mübahisələr doğuran Qərbi Sahil ərazisi üzərindəki suverenlik iddialarını dayandırır.

Ağ Ev rəsmisinin verdiyi məlumata görə, hər üç tərəfin iştirakı ilə uzunmüddətli danışıqların nəticəsində ortaya çıxarılan saziş bu gün ABŞ prezidenti Donald Tramp, İsrailin baş naziri Binyamin Netanyahu, Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nahyan arasında telefonla rəsmiləşdirilib.

Bu hadisəni “Twitter” hesabından “Bu gün böyük sıçrayış var! İki Böyük dostumuz İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında tarixi sülh sazişi” şəklində səciyyələndirən Tramp belə şərh verib: “Hamı bunun qeyri-mümkün olduğunu deyirdi. 49 ildən sonra İsraillə Birləşmiş Ərəb Əmirlikləri diplomatik münasibətlərini tam olaraq normallaşdıracaqlar. Onlar səfirlik və səfir mübadiləsi apararaq sərhədyanı əməkdaşlığa başlayır”.

B.Netanyahu da “Twitter” hesabından bu hadisəni “İsrail Dövləti üçün tarixi saziş” kimi dəyərləndirərkən Əbu-Dabinin vəliəhd şahzadəsi eyni şəkildə bunun İsrail tərəfindən Fələstin ərazilərinin ilhaq edilməsini dayandıracağını diqqətə çatdırıb.

Tərəflər sazişin Yaxın Şərqdə sülhün bərqərar olması üçün töhfə olacağını qeyd ediblər.

Orphus sistemi