İsrailin Qəzzada hərbi əməliyyatı üçüncü mərhələyə daxil olub
Digər ölkələr
- 31 oktyabr, 2023
- 03:50
İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyat Fələstin anklavında yerüstü əməliyyatlarının genişləndirilməsini əhatə edən üçüncü mərhələyə daxil olub.
“Report” xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“Biz müharibənin ortasındayıq. Üçüncü mərhələ Qəzza zolağına qurudan nüfuzun genişləndirilməsidir”, - Netanyahu əlavə edib.
O xatırladıb ki, İsrail üçün əsas məqsəd Fələstinin HƏMAS radikal qruplaşmasının hərbi və inzibati potensialını tamamilə məhv etməkdir. Onun sözlərinə görə, İsrail ordusu sistemli və güclü şəkildə irəliləyir.
Bundan əlavə, İsrail ordusu Livandan endirilən zərbələrə görə şimal cəbhəsində yüksək hazırlıq vəziyyətinə gətirilib: “HƏMAS məğlub olacaq, başqa Qəzza olacaq”.
Son xəbərlər
15:01
İsrail Qəzzada HƏMAS-ın silah qaçaqmalçısını öldürüb
Digər ölkələr14:59
Aqrar Sığorta Fondu güclü yağışlarla bağlı 300-ə yaxın müraciət qəbul edib
ASK14:55
Azərbaycanda sel-subasmaya görə aqrar sığorta ödənişləri 26 %-ə yaxın azalıb
Maliyyə14:52
Finlandiyanın əfsanəvi futbolçusu Yari Litmanen 55 yaşında meydanlara qayıdıb
Futbol14:52
DİM buraxılış imtahanında riyaziyyat fənni üzrə mübahisəli sualla bağlı açıqlama yayıb
Elm və təhsil14:51
İranın Hayfaya hücumu nəticəsində 4 nəfər ölüb
Digər ölkələr14:43
Video
Rəhim Həsənov Əliyar Ağayevin "Turan Tovuz" - "Zirə" oyununda iki səhv qərarını təsdiqləyib
Futbol14:41
SOCAR-ın idarəsi 2 ayda qeyri-neft ixracından 27 milyon dollardan çox gəlir əldə edib
Energetika14:41
Foto