İsrailin müdafiə naziri Baydenin Qəzza planını dəstəklədiyini bildirib

İsrailin müdafiə naziri Baydenin Qəzza planını dəstəklədiyini bildirib İsrail ABŞ prezidenti Cozef Baydenin Qəzza zolağında atəşkəs razılaşması təklifini dəstəkləyir.
Digər ölkələr
26 İyun , 2024 20:08
İsrailin müdafiə naziri Baydenin Qəzza planını dəstəklədiyini bildirib

İsrail ABŞ Prezidenti Cozef Baydenin Qəzza zolağında atəşkəs razılaşması təklifini dəstəkləyir.

“Report” xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant Vaşinqtona səfəri zamanı bildirib.

“Biz İsrailin qəbul etdiyi və prezident Baydenin təklifini qətiyyətlə dəstəkləyirik və indi radikal HƏMAS hərəkatı bunu qəbul etməlidir, əks halda nəticələri ilə üzləşməlidir”, - nazir deyib.

Qalant vurğulayıb ki, İsrailin birinci prioriteti Qəzzada saxlanılan girovları evlərinə qaytarmaq və xalqını qorumaqdır.

“Ancaq bilin ki, bizim müharibəmiz Qəzza xalqı ilə deyil. Bizim müharibəmiz Livan xalqı ilə deyil. Bizim müharibəmiz “HƏMAS”, “Hizbullah” və onların himayədarı olan İran rejiminə qarşıdır. Biz Qəzzaya mühüm humanitar yardımın çatdırılmasını asanlaşdırmağa sadiqik - və şəxsən mən də sadiqəm. Biz ancaq bizə zərər vermək istəyənlərlə mübarizə aparırıq”.

Son xəbərlər

Orphus sistemi