İsrailin Hindistandakı səfirliyi yaxınlığında partlayış törədən şəxslər axtarılır

İsrailin Hindistandakı səfirliyi yaxınlığında partlayış törədən şəxslər axtarılır Hindistanın paytaxtı Yeni Delhinin də daxil olduğu Delhi bölgəsinin polisi dekabrın 26-da İsrail səfirliyi yaxınlığında baş verən partlayışda şübhəli olan iki nəfəri axtarır.
Digər ölkələr
27 dekabr 2023 05:47
İsrailin Hindistandakı səfirliyi yaxınlığında partlayış törədən şəxslər axtarılır

Hindistanın paytaxtı Yeni Delhinin də daxil olduğu Delhi bölgəsinin polisi dekabrın 26-da İsrail səfirliyi yaxınlığında baş verən partlayışda şübhəli olan iki nəfəri axtarır.

“Report” xəbər verir ki, bu barədə “The Economic Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, səfirliyin binası yaxınlığında təhdid məktubu tapılıb.

Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanları diplomatik missiyanın ərazisində müşahidə kameralarının görüntülərini araşdırıb və diqqəti iki şübhəli şəxsə yönəldiblər.

Qeyd edilib ki, onların insidentdəki rolu hələ aydın deyil və həmin şəxslərin kimliyi müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi