İsrailin Baş naziri: “Məqsədimiz Qəzza zolağında düşmənə böyük bir dərs verməkdir” - YENİLƏNİB

Digər ölkələr
  • 07 oktyabr, 2023
  • 12:33
İsrailin Baş naziri: “Məqsədimiz Qəzza zolağında düşmənə böyük bir dərs verməkdir” - YENİLƏNİB

“Məqsədimiz Qəzza zolağında düşmənə böyük bir dərs verməkdir”.

“Report” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “X” hesabında yazıb.

O, insanların təmkinli və ağıllı davranmalı olduğunu vurğulayıb: “Səhər saatlarından İsrail dövləti müharibə vəziyyətindədir. Müharibədə insanlar ağıllı olmalıdır. Mən bütün İsrail vətəndaşlarını ali məqsədimizə - müharibədə qələbəyə nail olmaq üçün birləşməyə çağırıram. Bizim birinci məqsədimiz ərazimizə sızmış düşmən qüvvələri təmizləmək və hücuma məruz qalmış icmalarda təhlükəsizliyi və sabitliyi bərpa etməkdir. İkinci məqsəd Qəzza zolağında da düşmənə böyük bir dərs verməkdir. Üçüncü məqsədimiz isə başqa cəbhələri gücləndirməkdir ki, heç kim səhvən bu müharibəyə qoşulmasın”.

12:52

“İsrail vətəndaşları, biz müharibə vəziyyətindəyik. Bu, əməliyyat, döyüş deyil, müharibədir və biz qalib gələcəyik”.

“Report” xəbər verir verir ki, bunu Baş nazir ölkə əhalisinə müraciətində deyib.

O, İsrail vətəndaşlarını əmin edib ki, HƏMAS hücuma görə cavab verəcək.

Hökumət başçısı vətəndaşları ordunun və arxa cəbhədəki qurumların tapşırıqlarına əməl etməyə çağırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti