İsrail Tehranın mərkəzində hökumət obyektlərinə zərbələr endirir
Digər ölkələr
- 23 iyun, 2025
- 13:31
İsrail Tehranın mərkəzində hökumət obyektlərinə güclü zərbələr endirir.
“Report” “Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri İsrael Kats bildirib.
"İsrail Müdafiə Qüvvələri (IDF) İran hakimiyyəti ilə əlaqəli hədəflərə və Tehranın mərkəzində yerləşən hökumət obyektlərinə misli görünməmiş güclü silsilə zərbələr endirməyə başlayıb", - o bildirib.
İ.Kats qeyd edib ki, yaxın vaxtlarda ziyanın dərinliyini əks etdirən fotoşəkillər dərc ediləcək.
Nazir əlavə edib ki, İran İsrailin arxa cəbhəsinə atılan hər bir raketə görə sərt şəkildə cəzalandırılacaq.
"Biz cəbhə arxasını qorumaq və düşmən üzərində qələbə qazanmaq üçün tam intensivliklə fəaliyyət göstərməyə davam edəcəyik", - nazir vurğulayıb.
Son xəbərlər
09:49
Yaponiyanın Baş naziri seçki kampaniyası zamanı xəsarət alıb
Digər ölkələr09:46
Azərbaycan Basketbol Liqasında XV tura yekun vurulur
Komanda09:25
Meksika Kubaya neft tədarükünü dayandırıb
Digər ölkələr09:11
Hindistan İrandan deyil, Venesueladan neft alacaq
Digər ölkələr09:03
Premyer Liqa: "Neftçi" "Araz-Naxçıvan"la, "Qarabağ" "Turan Tovuz"la üz-üzə gələcək
Futbol08:56
"SpaceX" süni intellekt məlumat mərkəzi şəbəkəsi üçün 1 milyon peyk buraxmaq istəyir
Digər ölkələr08:33
Uiteker: ABŞ Liviya ssenarisinin İranda təkrarlanmasını istəmir
Digər ölkələr08:16
Azərbaycanın MMA döyüşçüsü UFC-dəki növbəti görüşündə məğlub olub
Fərdi08:01