İsrail ordusunun hücumu nəticəsində Bəşşar Əsədin general qardaşı ölüb - YENİLƏNİB

İsrail ordusunun hücumu nəticəsində Bəşşar Əsədin general qardaşı ölüb - YENİLƏNİB İsrail Müdafiə Ordusunun Hava Qüvvələri Bəşşar Əsədin qardaşı Mahir Əsədin komandalıq etdiyi Suriya ordusunun 4-cü diviziyasının qərargahını bombalayıb.
Digər ölkələr
30 Sentyabr , 2024 12:19
İsrail ordusunun hücumu nəticəsində Bəşşar Əsədin general qardaşı ölüb - YENİLƏNİB

İsrail Müdafiə Ordusunun hava zərbələri nəticəsində Suriya prezidenti Bəşşar Əsədin qardaşı Mahir əl-Əsəd ölüb.

“Report” xəbər verir ki, məlumatı İranın “Mehr” agentliyi yayıb.

10:23

İsrail Müdafiə Ordusunun Hava Qüvvələri Suriya prezidenti Bəşşar Əsədin qardaşı Mahir əl-Əsədin komandanlıq etdiyi Suriya ordusunun 4-cü diviziyasının qərargahını bombalayıb.

“Report” “newsru.co.il”ə istinadən xəbər verir ki, məlumatı Suriya İnsan Hüquqları uğrunda Monitorinq (“The Syrian Observatory for Human Rights” -SOHR) yayıb.

İsrail rəsmiləri və Suriyadakı Bəşşar Əsəd hakimiyyəti hadisə ilə bağlı şərh yaymayıb.

Məlumata görə, bu qərargaha Livan “Hizbullah”ı və İran İnqilab Keşikçiləri Qvardiyasının liderləri tez-tez baş çəkirlər.

Bildirilib ki, bu, Mahir Əsədə xəbərdarlıqdır. İnformasiyaya əsasən, 4-cü diviziya Livana silah-sursat göndərir. Mahir Əsəd İsrail Müdafiə Ordusunun hədəf bankındadır. Bombalanma zamanı o, qərargahda olub.

Mahir Əsəd 2018-ci ildə İsrailin Suriyada hədəflərə zərbə endirməsi nəticəsində yaralanıb.

General-mayor Mahir Əsəd Suriyanın keçmiş prezidenti Hafiz Əsədin kiçik oğludur. O, Ərəb Respublikasının qvardiyasına və 4-cü elit zirehli tank diviziyasına komandanlıq edir.

Son xəbərlər

Orphus sistemi