İsrail HHQ Qəzzada radikallara hücum edib

İsrail HHQ Qəzzada radikallara hücum edib İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının mərkəzi hissəsində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Yaxın Şərqdəki məktəblərindən birinin ərazisində yerləşən binalardan fəaliyyət göstərən silahlı radikallara zərbə endiri
Digər ölkələr
7 İyul , 2024 07:33
İsrail HHQ Qəzzada radikallara hücum edib

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının mərkəzi hissəsində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Yaxın Şərqdəki məktəblərindən birinin ərazisində yerləşən binalarda fəaliyyət göstərən silahlı radikallara zərbə endirib.

“Report” xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

"Bu gün İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının mərkəzi hissəsində yerləşən "Əl-Jauni" məktəbinin ərazisində fəaliyyət göstərən bir neçə terrorçuya zərbələr endirib. Bu yer Qəzza zolağında İsrail qoşunlarına qarşı hücumların idarə olunduğu, həyata keçirildiyi sığınacaq və əməliyyat qərargahı kimi xidmət edib", - açıqlamada deyilir.

Məlumata görə, zərbədən əvvəl mülki əhaliyə ziyan vurma riskini azaltmaq üçün çoxsaylı addımlar atılıb, o cümlədən hava müşahidəsindən istifadə ilə.

Son xəbərlər

Orphus sistemi