İspaniya Kralı VI Filipp və həyat yoldaşı Letisiya Valensiya muxtar icmasına səfərləri zamanı daşqınlardan zərərçəkənlərin sərt narazılığı ilə qarşılaşıblar.
"Report" xəbər verir ki, bu barədə TVE telekanalı məlumat yayıb.
Məlumata görə, onlar noyabrın 3-də daşqınlardan ciddi zərər çəkmiş Paiporta və Çiva adlı iki yaşayış məntəqəsinə gəliblər. Orada yerli sakinlər hakimiyyəti daşqınların ağır nəticələrinə görə ittiham ediblər.
VI Filippin narazıları sakitləşdirmək və onlarla danışıq cəhdlərinə baxmayaraq, səfər yarımçıq qalıb.
Yerli mətbuatın məlumatına görə, dağıdıcı daşqınların fonunda İspaniyada bir sıra tanınmış şəxslər və siyasətçilər həm mərkəzi hökuməti, həm də regional hakimiyyətləri bu cür genişmiqyaslı fəlakətin qarşısını almaqda və onun nəticələri ilə mübarizə aparmaqda aciz qaldıqlarını bildiriblər.