İranda nüvə mərkəzi mərhum Prezident Rəisinin adını daşıyacaq

İranda nüvə mərkəzi mərhum Prezident Rəisinin adını daşıyacaq İranın İsfahan şəhəri yaxınlığında yerləşən uran emalı üzrə nüvə mərkəzi mayın 19-da helikopter qəzasında həlak olan ölkə prezidenti İbrahim Rəisinin adını daşıyacaq.
Digər ölkələr
26 May , 2024 00:27
İranda nüvə mərkəzi mərhum Prezident Rəisinin adını daşıyacaq

İranın İsfahan şəhəri yaxınlığında yerləşən uran emalı üzrə nüvə mərkəzi mayın 19-da helikopter qəzasında həlak olan Prezident İbrahim Rəisinin adını daşıyacaq.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bu barədə mərkəzin mətbuat xidməti məlumat yayıb.

“Prezidentin ölkədə nüvə sənayesi və nüvə texnologiyasının inkişafına xüsusi diqqətini nəzərə alaraq İsfahan nüvə zonasına şəhid Ayətullah Rəisinin adı verilib”, - məlumatda deyilir.

Uran emalı mərkəzi ölkədə nüvə yanacağının istehsalında böyük rol oynayır. 2024-cü ilin fevralında mərkəzin ərazisində gücü 10 MVt olan dördüncü tədqiqat nüvə reaktorunun tikintisinə başlanılıb.

Reaktorun gücü ölkənin bütün daxili ehtiyaclarını ödəməklə yanaşı, İrana bu məhsulları ixrac etmək imkanı da verəcək.

Son xəbərlər

Orphus sistemi