İran XİN: Tehran və Vaşinqton yalnız nüvə dosyesini müzakirə edəcək - YENİLƏNİB 1

İran XİN: Tehran və Vaşinqton yalnız nüvə dosyesini müzakirə edəcək - YENİLƏNİB 1 İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Omanın paytaxtı Maskat şəhərinə yollanıb.
Digər ölkələr
12 aprel 2025 12:33
İran XİN: Tehran və Vaşinqton yalnız nüvə dosyesini müzakirə edəcək - YENİLƏNİB 1

İran və ABŞ nümayəndə heyətləri Omanda keçiriləcək dolayı danışıqlarda yalnız nüvə dosyesini müzakirə edəcəklər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İran XİN başçısı Abbas Əraqçi bildirib.

11:58

İranın xarici işlər naziri Abbas Əraqçi omanlı həmkarı Bədr ben Hamad ben Hamud əl-Busaidi ilə görüşü zamanı Tehranın mövqeyini daha sonra ABŞ nümayəndə heyətinə çatdırmaq üçün ona təqdim edib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Həmçinin İran və ABŞ arasında dolayı danışıqlar çərçivəsində A.Əraqçi İranın mövqeyini sonradan qarşı tərəfə çatdırmaq üçün Oman XİN başçısına təqdim edib", - qurumun teleqram kanalında dərc edilən məlumatda bildirilib.

10:38

İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Omanın paytaxtı Maskat şəhərinə yollanıb.

“Report” xəbər verir ki, bu barədə ISNA agentliyi İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqaiyə istinadən bildirib.

Onun sözlərinə görə, İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi başçılıq edir.

Danışıqlardan əvvəl o, Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşəcək.

ABŞ nümayəndə heyətinə ölkənin Qərbi Asiya üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff rəhbərlik edəcək.

Nümayəndə heyətlərinin İranın nüvə proqramını müzakirə edəcəyi ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi