İtaliyada yeniyetmələrin olduğu avtobus qəzaya uğrayıb, 16 nəfər yanaraq ölüb - YENİLƏNİB

İtaliyada yeniyetmələrin olduğu avtobus qəzaya uğrayıb, 16 nəfər yanaraq ölüb - YENİLƏNİB 39 nəfər yaralanıb
Digər ölkələr
21 Yanvar , 2017 12:09
İtaliyada yeniyetmələrin olduğu avtobus qəzaya uğrayıb, 16 nəfər yanaraq ölüb - YENİLƏNİB

Bakı. 21 yanvar. REPORT.AZ/ İtaliyanın şimalında avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 16-ya çatıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, 39 nəfər yaralanıb.

Xilasedicilərin sözlərinə görə, ölənlərin cəsədi yanıb.

Polis əməkdaşı Ceralomo Lakuanit bildirib ki, avtobus maneəyə çırpıldıqdan sonra səhərədək yanıb: “Avtobusun yoldan çıxması və yol kənarındakı maneəyə çırpılmasının səbəbi məlum deyil”.

*** saat 11:04

Bakı. 21 yanvar. REPORT.AZ/ İtaliyanın şimalında avtobusun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, avtobus İtaliya ərazisindən keçərək, Fransadan Macarıstana gedərkən yolda dirəyə çırpılaraq, yanıb.

Xilasedicilər hadisə qurbanlarının sayının artacağını istisna etməyiblər.

Məlumata görə, avtobusda 40-a yaxın sərnişin olub. Onların çoxunun yeniyetmə olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi