Yuxarı

​İtaliyada naməlum şəxs eyvandan yoldan keçənləri atəşə tutub

Hadisə nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb

Bakı. 15 may. REPORT.AZ/ İtaliyanın Neapol şəhərində naməlum şəxs evinin eyvanından dinc sakinləri atəşə tutmağa başlayıb.

"Report" xəbər verir ki, qırma tüfəngi ilə əvvəlcə həyat yoldaşını vuran kişi, daha sonra eyvana çıxaraq yoldan keçənləri atəşə tutub.

İnsident nəticəsində dörd nəfər ölüb, beş nəfər yaralanıb. Ölənlər arasında bir nəfərin polis əməkdaşı olduğu qeyd edilir.

Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi