İtaliya baş naziri xəstəxanaya yerləşdirilib
Digər ölkələr
- 11 yanvar, 2017
- 08:48
Bakı. 11 yanvar. REPORT.AZ/ İtaliya baş naziri Paolo Centiloni Paris səfərindən qayıtdıqdan sonra özünü narahat hiss etməsini bildirdiyinə görə, xəstəxanaya yerləşdirilib.
Bu barədə "Report" ANSA agentliyinə istinadən xəbər verir.
Qeyd edək ki, İtaliya hökumət başçısı dünən Yelisey sarayında Fransa prezidenti Fransua Ollandla görüşüb.
Romaya qayıtdıqdan sonra P.Centilioni yüngül narahatlıq hiss edib və onu İtaliya paytaxtındakı ən yaxşı xəstəxanalardan olan "Gemelli"yə yerləşdiriblər. Burada həkimlər baş nazirin daralmış və ya tutulmuş periferik damarların bərpası üzrə kiçik əməliyyata - angioplastikaya ehtiyac duyduğu qənaətinə gəlib.
Qeyd olunur ki, hökumət başçısının sağlamlığı üçün heç bir təhlükə yoxdur.
Son xəbərlər
15:36
Almaniyada elektrik xətləri yaxınlığında 20-dən çox partlayıcı qurğu aşkar edilib
Digər ölkələr15:34
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İKT15:34
Foto
BP ADNSU-ya müasir bərpa olunan enerji laboratoriyası hədiyyə edib
Energetika15:33
Foto
Azərbaycan sərbəst güləşçiləri "Xadartsev qardaşlarının kuboku"nda 8 medal qazanıblar
Fərdi15:30
"Azercell" və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirib
İKT15:26
Foto
Namiq Məmmədov: "Şəmkirçayda emal olunan su qurğuda layihələndirilmiş 7 qum süzgəcindən keçir"
İnfrastruktur15:24
Foto
Ramin Məmmədov Zəngilanda vətəndaşları qəbul edib
Daxili siyasət15:10
"AHK Azerbaijan": Alman investorların Azərbaycanın enerji sektoruna dair məlumata ehtiyacı var
Energetika15:09