Bakı. 15 oktyabr. REPORT.AZ/ Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatasının “Doğu Perinçek İsveçrəyə qarşı” işi üzrə bu gün verdiyi qəti qərar İsveçrə mətbuatında böyük əks-səda yaradıb.
Ölkənin aparıcı mətbu orqanlarında məhkəmənin qərarı haqqında geniş məqalələr və dəyərləndirmələr yer alıb.
Məhkəmədə İsveçrəni təmsil edən Federal Ədliyyə İdarəsinin sözçüsü Folko Galli İsveçrə Teleradiosuna (SRF) məhkəmə qərarını şərh edərək bildirib ki, təmsil etdiyi qurum məhkəmənin qərarını qəbul edir: “Bu qərar, həmçinin Məhkəmənin ifadə azadlığına verdiyi yüksək dəyəri təsdiq edir”.
Federal Ədliyyə İdarəsinin yaydığı məlumatda isə bildirilir ki, İsveçrə ən geci 6 ay ərzində yekun qərarların üzv ölkələr tərəfindən icrasına nəzarət edən