İsveçdə qaçqın yataqxanası yanıb

İsveçdə qaçqın yataqxanası yanıb Binada 60-70 nəfər adam olub
Digər ölkələr
4 İyun , 2017 13:19
İsveçdə qaçqın yataqxanası yanıb

Bakı. 4 iyun. REPORT.AZ/ Bu gün səhər İsveçin Syoderhamn şəhərində yerləşən qaçqın yataqxanası tamamilə yanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli TT agentliyi məlumat yayıb.

Polisə məlumat Bakı vaxtı ilə 06.00-da daxil olub. Hadisə baş verən zaman binada 60-70 nəfər adam olub. Onların heç biri zərər çəkməyib.

Yanğının səbəbləri hələ ki, məlum deyil. Polisin fərziyyəsinə görə, bu, qəsdən törədilib.

Son xəbərlər

Orphus sistemi