İsrailin sabiq prezidenti Şimon Peres insultdan sonra xəstəxanaya yerləşdirilib

Digər ölkələr
  • 13 sentyabr, 2016
  • 17:36
İsrailin sabiq prezidenti Şimon Peres insultdan sonra xəstəxanaya yerləşdirilib

Bakı. 13 sentyabr. REPORT.AZ/ İsrailin sabiq prezidenti və baş naziri Şimon Peres insultdan sonra xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Öz növbəsində, "Jerusalem Post" qəzeti siyasətçinin ətrafında olan mənbələrə istinadən yazır ki, həkimlər onun vəziyyətini stabil qiymətləndirirlər.