İsraildə koronavirusa yoluxanların sayı 15 minə yaxınlaşır

İsraildə koronavirusa yoluxanların sayı 15 minə yaxınlaşır İsraildə son sutkada daha 290 nəfər koronavirusa yoluxub.
Digər ölkələr
24 Aprel , 2020 10:26
İsraildə koronavirusa yoluxanların sayı 15 minə yaxınlaşır
0 : 00
0 : 00

İsraildə son sutkada daha 290 nəfər koronavirusa yoluxub.

“Report” “newsru”ya istinadən xəbər verir ki, məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.

Son sutkada daha 2 nəfər pandemiyanın qurbanı olub. Bununla da İsrail üzrə koronavirusdan ölənlərin sayı 193-ə, yoluxanların sayı isə 14 882-yə çatıb. Məlumata görə, 139 nəfərin vəziyyət ağır, 101-nin səhhəti isə orta ağırdır. İndiyədək koronavirusdan 5 685 nəfər sağalıb.

Qeyd edək ki, aprelin 19-dan İsraildə karantin rejimi yüngülləşdirilib. Yeni rejimə əsasən, iş yerində 10 nəfər, yaxud işçilərin 30 faizindən çox əməkdaşı ola bilməz.

Son xəbərlər

Orphus sistemi