Yuxarı

İsraildə aclığı dayandıran fələstinli azad olunub

Ədnan 2014-cü il iyulun 9-da, artıq 9-cu dəfə həbs olunmuşdu

Bakı. 12 iyul. REPORT.AZ/ İsraildə fələstinli fəal Xədir Ədnan 50 gün davam etdirdiyi aclığı dayandırdıqdan sonra azadlığa buraxılıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, X.Ədnan 2014-cü il iyulun 9-da həbs olunmuşdu - artıq 9-cu dəfə.

Fələstinli məhbus, məhkəmənin keçirilməməsinə və ittihamın irəli sürülməməsinə baxmayaraq, 1 il müddət ərzində İsrail tərəfindən həbs altında saxlanmışdı.

İsrail qanunvericiliyinə görə, bu ölkədə məhkəməsiz və ittiham irəli sürülmədən insanları 6 ay müddətinə (bu müddət sonradan uzadıla da bilər) həbs etmək mümkündür.

Mayın 5-dən Ədnan aclıq elan etmişdi.

Bundan əvvəl İsrail höküməti məhbusların zorla yedizdirilməsinə icazə verən qanun layihəsi təşəbbüsü ilə çıxış etmişdi, lakin yerli tibbi assosiyasiya həkimlərə belə tədbirlərdən çəkinməyi məsləhət görmüşdü.

İsrail polisi Ədnanı ölkədə qadağan olunmuş “İslam cihadı” qruplaşmasına aid edir.

Ədnanın ailəsi isə onun bu qruplaşma ilə heç bir əlaqəsinin olmadığını bəyan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi