İsrail Qəzza zolağında iki hərbi mövqeyə zərbə endirib

İsrail Qəzza zolağında iki hərbi mövqeyə zərbə endirib Bu, Qəzza zolağından atılan iki raketə cavab olub
Digər ölkələr
7 Dekabr , 2017 23:57
İsrail Qəzza zolağında iki hərbi mövqeyə zərbə endirib

Bakı. 7 dekabr. REPORT.AZ/ İsrail müdafiə ordusunun tank və təyyarəsi cümə axşamı yəhudi dövləti ərazisinin raket zərbəsinə məruz qalmasına cavab olaraq Qəzza zolağında yerləşən iki hərbi mövqeyə zərbə endirib.

“Report” xəbər verir ki, bu barədə müdafiə ordusunun mətbuat xidmətindən TASS-a daxil olan rəsmi kommünikedə bildirilir.

"Müdafiə ordusunun tank və təyyarəsi Qəzza zolağında iki hərbi postu məhv edib", - deyə məlumatda qeyd olunur.

Həmçinin bildirilir ki, yəhudi dövlətinin silahlı qüvvələri Qəzza zolağı ərazisindən İsrailə qarşı həyata keçirilən istənilən düşmənçilik fəaliyyətində Fələstinin HƏMAS hərəkatını məsuliyyətli bilir.

Son xəbərlər

Orphus sistemi