İsrail hərbçiləri ilə toqquşmalarda ölən və yaralanan fələstinlilərin sayı artıb - YENİLƏNİB-2

İsrail hərbçiləri ilə toqquşmalarda ölən və yaralanan fələstinlilərin sayı artıb - YENİLƏNİB-2 Bugünkü toqquşmalarda 5 fələstinlli həlak olub, 922 nəfər xəsarət alıb
Digər ölkələr
7 Aprel , 2018 01:17
İsrail hərbçiləri ilə toqquşmalarda ölən və yaralanan fələstinlilərin sayı artıb - YENİLƏNİB-2

Bakı. 6 aprel. REPORT.AZ/ Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmada yaralanan fələstinlilərin sayı 1000 nəfəri ötüb..

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, İsrail əsgərləri ilə toqquşmalarda 1070 nəfər xəsarət alıb.

Yerli Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib ki, toqquşmalar zamanı habelə 6 fələstinli öldürülüb. Onun sözlərinə görə, daha bir nəfər - 33 yaşlı fələstinli aldığı xəsarətdən ölüb.

Qeyd edək ki, daha əvvəl 5 fələstinlinin həlak olduğu, 900-dən çox insanın xəsarət aldığı bildirilirdi. İsrail ordusunun itkisi barədə məlumat verilmir.



***21:09

Cümə günü Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmada ölən və yaralanan fələstinlilərin sayı artıb.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti"yə yerli hakimiyyət orqanının nümayəndəsi – Fələstin Səhiyyə Nazirliyinin rəsmisi Əşrəf əl-Kidr bildirib.

O, qeyd edib ki, bu gün İsrail ordusunun güllələri və tətbiq etdiyi qaz nəticəsində 5 fələstinli həlak olub, 900-dən çox insan xəsarət alıb.

"İsrail ordusu ilə toqquşmalarda 5 fələstinlli həlak olub, 922 nəfər xəsarət alıb", - deyə Əşrəf əl Kidr bildirib.

Qırmızı Aypara Cəmiyyətinin mətbuat katibi İrab əl-Fukaha isə xəsarət alanların 218 nəfərinin döyüş güllələrindən yaralandığını xəbər verib.

Aksiyaçılar İsraildən Qəzza bölgəsinin blokadasına son qoymağı və fələstinlilərə qəsb olunmuş torpaqlara geri dönmələrinə imkan verməsini tələb edirlər. 


***19:55

İsrail hərbçilərinin Fələstində keçirilən kütləvi aksiyaya müdaxiləsi nəticəsində 3 nəfər həlak olub, 350-si yaralanıb.

"Report" "RİA Novosti"ya istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidr məlumat verib. 

Bununla da ötən həftənin cümə günündən başlayan aksiyalarda ölənlərin sayı 25 nəfərə çatıb. Ümumilikdə, 1500 nəfərdən çox fələstinli yaralanıb.

Qeyd edək ki, aksiya iştirakçıları İsraildən Qəzza bölgəsinin blokadasına son qoymağı və fələstinlilərə qəsb olunmuş torpaqlara geri dönmələrinə imkan verməsini tələb ediblər. 

Son xəbərlər

Orphus sistemi